OTM
  • i Tələbə ol
  •  
  • Daxil ol
  • Baş səhifə
  • Haqqımızda
  • Qaydalar
  • Əlaqə
HAQQIMIZDA

Xoş gəlmisiniz!

OTM.az – müasir texnologiyalar və çağdaş təhsil yanaşmaları ilə zənginləşdirilmiş rəqəmsal öyrətmə və öyrənmə platformasıdır. Platforma “OTM.az” MMC-yə (VÖEN: 1605387461) məxsusdur və müxtəlif müəllif və kurslarla onların tədris məhsullarını fərqli istifadəçi qruplarına çatdıran onlayn xidmət operatoru kimi fəaliyyət göstərir.

Məqsədimiz hər yaş və səviyyədən olan şagirdlərə, tələbələrə, müəllimlərə, kurs iştirakçılarına, valideynlərə, eləcə də peşəkar inkişaf, işə qəbul və karyera yüksəlişi istiqamətində bilik və bacarıqlarını təkmilləşdirmək istəyən şəxslərə fasiləsiz, keyfiyyətli və əlçatan təhsil imkanları təqdim etməkdir.

Platformamız beynəlxalq standartlara uyğun şəkildə hazırlanmış və müxtəlif sahələr üzrə onlayn testlər və təlimlərlə zənginləşdirilmişdir. Müəllimlər və tədris müəssisələri burada öz kurs və təlimlərini yarada, geniş auditoriyaya təqdim edə bilərlər. Biz həm tədris materiallarının hazırlanmasında, həm də innovativ və interaktiv təlim metodlarının tətbiqində müəllimlərə hərtərəfli dəstək göstəririk.

OTM.az təhsilin bütün səviyyələrini əhatə edən rahat və effektiv öyrənmə mühiti yaratmağa sadiqdir. İstifadəçilərimizə təhsilin sərhədlərini genişləndirmək, öyrənmə prosesini daha maraqlı və məhsuldar etmək üçün zəngin resurslar və funksional alətlər təqdim edirik.

Missiyamız təhsilin əlçatan və inklüziv olmasını təmin etməkdir. Biz hər kəsin öyrənmək hüququnu dəstəkləyir, biliklərin sərbəst paylaşımını təşviq edirik. Sizi yüksək keyfiyyətli təhsil təcrübəsi ilə təmin etməyə söz veririk.



OTM +994506694747    info@otm.az
Bütün hüquqlar qorunur © 2024 Programmed by Babash Azimov
Qaydalar
OTM
  • Qaydalar
  • Daxil ol
  • Tələbə ol
  • school Haqqımızda
  • location_on Əlaqə